Azərbaycanla İtaliya arasında yeni memorandum təsdiqləndi

Azərbaycanla İtaliya arasında yeni memorandum təsdiqləndi
  05 May 2020    Oxunub:2546
Milli Məclisi bu gün keçirilən plenar iclasında Azərbaycanla İtaliya arasında yeni sənədin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” məsələyə baxılıb.

Qeyd olunub ki, anlaşma memorandumu iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

Azvision.az


Teqlər: Milli-Məclis   İtaliya  





Xəbər lenti