İlham Əliyev 20 milyonluq sərəncam imzaladı

  05 May 2020    Oxunub : 8205
 İlham Əliyev 20 milyonluq sərəncam imzaladı
Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.17.1-ci yarımbəndində göstərilmiş 20,0 (iyirmi) milyon manat Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə və Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam