Ticarət mərkəzləri nə vaxt açılacaq? - RƏSMİ

   Ticarət mərkəzləri nə vaxt açılacaq? -    RƏSMİ
  05 May 2020    Oxunub:11486
İri ticarət mərkəzlərinin açılması mayn 11-ə qədər ölkədə koronavirusa yoluxma sayından asılı olacaq.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, artıq rayonlarda ticarət mərkəzləri açılıb.
“Lakin bu, bizə arxayınlaşmağa imkan vermir. Mütləq rayonlarda ticarət mərkəzləri təlimatlardan, davranış qaydalarından istifadə etməlidir. Statistika pozitiv istiqamətdə gedərsə, o zaman 65 yaş və yuxarı yaşda insanların çölə çıxması məsələsinə baxıla bilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qərargah  





Xəbər lenti