TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb - STATİSTİKA

 TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb -  STATİSTİKA
  06 May 2020    Oxunub:4082
Azərbaycanda koronavirusla bağlı 5 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 4385 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 164 min 481-ə çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 23, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.



Qeyd edək ki, indiyədək ölkəmizdə 2060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti