Dünyada pandemiya qurbanlarının sayı 255 mini keçib

  05 May 2020    Oxunub : 2677
 Dünyada pandemiya qurbanlarının sayı 255 mini keçib
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 694 min 903 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 255 min 715 nəfərdir. İndiyədək 1 milyon 224 min 480 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Statistika   Pandemiya