Fransada daha 330 nəfər COVİD-19-un qurbanı olub

Fransada daha 330 nəfər COVİD-19-un qurbanı olub
  06 May 2020    Oxunub:2853
Fransada son sutka ərzində 330 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 25 min 531 nəfərə çatıb. İndiyədək 52 min 736 xəstə sağalaraq evə buraxılıb, 3430 nəfərin vəziyyəti ağırdır.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti