Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən
Azvision.az-a verilən məlumata görə, mayın 6-da Xəzər dənizinin mərkəzi istiqamətində DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən 30 aprel 2020-ci il tarixdə Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edilib.
Meyit həmin gün ailəsinə təhvil verilib.
Azvision.az