Polis tapança gəzdirən şəxsi tutdu - FOTO

Polis tapança gəzdirən şəxsi tutdu -    FOTO
  06 May 2020    Oxunub:3410
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nardaran qəsəbəsi sakini Ramin Nuriyev tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq aşkar edilərək götürülüb.



Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ramin Nuriyevin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Azvision.az


Teqlər: DİN  





Xəbər lenti