“Birdəfəlik ödəniş üçün bank kartları sifariş verilib” - Nazir

  06 May 2020    Oxunub : 2747
 “Birdəfəlik ödəniş üçün bank kartları sifariş verilib” - Nazir
“İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və onlara aprel ayı üzrə birdəfəlik ödəniş həyata keçirilib”.
Azvision.az -ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, aprel ayı üzrə ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara ödənilib: “May ayı üzrə ödənişlə bağlı vətəndaşlar üçün bank kartları artıq sifariş verilib. Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir və vətəndaşlarımız kartları əldə edərək, bankomatlardan may ayı üzrə vəsaitlərini ala biləcəklər.

Ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, onun da artıq 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib”.

Azvision.az

Teqlər: ƏƏSMN