DSMF-nin daxilolmaları 39,6 faiz artıb

  06 May 2020    Oxunub : 2008
 DSMF-nin daxilolmaları 39,6 faiz artıb
Yanvar-aprel aylarında DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 39,6 faiz çox olub.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayevin sözlərinə görə, cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub:

"Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə isə, hətta xüsusi karantin rejiminə baxmayaraq, DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat və ya 39,6 faiz artıqdır".

Nazir diqqətə çatdırıb ki, ötən il DSMF-nin gəlirləri üzrə müəyyən edilmiş proqnozun 105,5 faiz icra edilməsi, əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində Fondun xərclərinə qənaət hesabına yaranmış 200 milyon manat ehtiyat sosial ödənişlərin davamlılığının təmin olunmasında əhəmiyyətli dəstək olub.

Azvision.az

Teqlər: DSMF   ƏƏSMN