Ali Məhkəmənin kollegiya sədrləri işdən çıxarıldı

  06 May 2020    Oxunub : 2995
 Ali Məhkəmənin kollegiya sədrləri işdən çıxarıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası və Mülki Kollegiyası sədrlərinin vəzifələrindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Şahin Yaşar oğlu Yusifov öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Şəlalə Ağakərim qızı Məmmədova öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad ediliblər.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Ali-Məhkəmə