Apellyasiya məhkəmələrinin kollegiyalarına sədrlər təyin edildi - SİYAHI

Apellyasiya məhkəmələrinin kollegiyalarına sədrlər təyin edildi -   SİYAHI
  06 May 2020    Oxunub:4714
Prezident İlham Əliyev Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin ediliblər.

Bakı Apellyasiya Məhkəməsi üzrə:

Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri

Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri

Qurbanov Raqib Əliddin oğlu - Kommersiya Kollegiyasının sədri

Gəncə Apellyasiya Məhkəməsi üzrə:

Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri

Rzaquliyev Şamil Qəhrəman oğlu - Kommersiya Kollegiyasının sədri

Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:

Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri

Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri

Şirvan Apellyasiya Məhkəməsi üzrə:

Həsənov Müşfiq Kamil oğlu - İnzibati Kollegiyanın sədri

Kərimov Tale Suliddin oğlu - Kommersiya Kollegiyasının sədri

Şəki Apellyasiya Məhkəməsi üzrə:

Rəfiyev Rövşən Rafiq oğlu - İnzibati Kollegiyanın sədri

Hüseynov Elçin Şirin oğlu - Kommersiya Kollegiyasının sədri

Qeyd edək ki, Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azvision.az


Teqlər: Məhkəmə   Hakim  





Xəbər lenti