Azərbaycanda koronavirusa ən çox bu yaşda insanlar yoluxur

 Azərbaycanda koronavirusa ən çox bu yaşda insanlar yoluxur
  06 May 2020    Oxunub:4749
Azərbaycanda ən çox koronavirusa yoluxma halı 50-59 yaş arası insanlarda aşkar edilib.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qadınlar arasında virusa yoluxanların sayı 54 faizdir: “Vəfat edənlər arasında 60-69 yaşlı insanlar üstünlük təşkil edir ki, bu da ümumilikdə 43 faizdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti