Bakıda bir nəfər çoxlu sayda insanı koronavirusa yoluxdurub

  06 May 2020    Oxunub : 43976
 Bakıda bir nəfər çoxlu sayda insanı koronavirusa yoluxdurub
Bakı şəhərində koronavirusa yoluxma 45 faizdən yuxarıdır.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Gəncə-Qazax bölgəsində yoluxma 14 faiz, Lənkəranda isə 10 faizdir.

“Gəncə zonasında yoluxma sürətlə artmışdı. Operativ şəkildə işçi qrupumuz ezam olundu və məsələ araşdırıldı. Karantin rejiminə bir o qədər riayət olunmadığı üçün həmin bölgədə yoluxma sayı artıb. Bütün yoluxmalar araşdırıldıqda məlum olur ki, xəstələnmə halları ailə üzvləri arasında olur. Bir vətəndaş ailə üzvlərini xəstəliyə yoluxdur. Digər tərəfdən tibb işçiləri arasında yoluxma müşahidə edilir. Gəncədə belə hal aşkar edilmişdi”.

Z.Əliyev bildirib ki, şimal və cənub zonalarında yoluxmalar sərhədlərdən keçən həmvətənlərimizin xəstəliyi özləri ilə gətirməsi nəticəsində mümkün olub

“Rusiyadan gələn vətəndaşların çoxunda pozitiv nəticə aşkarlanmışdı. Eyni zamanda, cənub bölgəsində pozitivlər aşkarlanırdı. LənkəranCəlilabadda bu kimi yoluxmalar baş vermişdi. Zaman-zaman ocaqlar ortaya çıxır”.

Agentlik rəhbəri qeyd edib ki, Bakıda ən çox yoluxma Yasamal və Sabunçu rayonlarında qeydə alınıb: “Yasamalda bir neçə ocaq müəyyənləşmişdi. Orada bir nəfər çoxlu sayda insanı virusa yoluxdurmuşdu”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus