“Bunları etməliyik ki, normal həyatımıza qayıdaq” - Zaur Əliyev

  “Bunları etməliyik ki, normal həyatımıza qayıdaq” -    Zaur Əliyev
  06 May 2020    Oxunub:3666
Heç kim istəməz ki, karantin rejimində uzun müddət qalaq. Bütün resursların bir istiqamətə səfərbər edilməsi, digərlərinin qalması iqtisadi baxımdan ölkəmizə problem gətirir. Bütün bunlar bizdən asılıdır. Biz vətəndaş olaraq məsuliyyətimizi dərk etməliyik.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, pandemiya dövrünü uğurla başa çatdırmalıyıq: “Bu isə bizim üzərimizə düşür. Dövlət üzərinə düşən öhdəlikləri görüb və görəcək. İctimai nəqliyyatdan istifadə edərkən maskalar taxılmalıdır. Evə gələrkən yaxınlarımızla görüşməmişdən öncə əllərimizi yumalıyıq. Bunları etməliyik ki, qısa zamanda karantin rejimindən çıxaq və normal həyatımıza qayıdaq”.

Z.Əliyev bildirib ki, 65 yaşdan yuxarı vətəndaşların evdə qalmasının səbəbləri var. “Bu, onların qayğısına qalmaq və sağlamlıqlarını qorumaq üçün atılan addımlardır".

Aytən Zəhra
Azvision.az





Teqlər: Zaur-Əliyev  





Xəbər lenti