Azərbaycanda həkimlər sığortalanacaq

  Azərbaycanda həkimlər sığortalanacaq
  06 May 2020    Oxunub:4402
Həkimlərin sığortalanması məsələsi bir neçə aidiyyatı qurumla müzakirə edilib. Həkimlər koronavirusla mübarizədə özlərini yoluxma riskinə atırlar. Onlara iş yerində bədbəxt hadisədən sığortalanma tətbiq edilə bilər.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, aidiyyatı qurumların bununla bağlı təkliflərlə çıxış etməsi gözlənilir: “Məsələ ilkin olaraq müzakirə olunub və müsbət qarşılanıb. Yaxın zamanda tətbiqinə başlanıla bilər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Həkim  





Xəbər lenti