“Kimin şikayəti varsa, müraciət etsin” - Agentlik sədri həkimlərə səsləndi

  “Kimin şikayəti varsa, müraciət etsin” -    Agentlik sədri həkimlərə səsləndi
  06 May 2020    Oxunub:3967
Tibb işçilərinin əmək haqlarına əlavələrin edilməsi düzgün qiymətləndirilmir. Nazirlər Kabinetinin qərarında qeyd edilib ki, əmək haqları işlədiyi günlərə mütənasib şəkildə əlavə olunur. Bəzi tibb müəssisəsinin rəhbəri və ya işçilər bunu düzgün qiymətləndirməyib, müəyyən anlaşılmazlıq yaranıb.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, mart ayında 9483 tibb işçisinin, 1143 qeyri-tibb işçisinin əlavəsi ödənilib.

“Bunun üçün 6 milyon manatdan çox vəsait verilib. Proses tam bitməyib. Tibb müəssisələrindən siyahılar daxil olur, müəyyən dəqiqləşmələr aparılır. Texniki dəqiqləşmələrin aparılması ilə bağlı gecikmələr olur. Əgər hər hansı tibb işçisinin şikayəti varsa və ya əlavəsini almayıbsa, bizə müraciət etsin. Məsələ araşdırılsın və əlavəsini alsın”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Həkim   Maaş  





Xəbər lenti