Cənub zonasında yoluxmaların əsas səbəbi nədir? - AÇIQLAMA

 Cənub zonasında yoluxmaların əsas səbəbi nədir? -  AÇIQLAMA
  06 May 2020    Oxunub:10869
Cənub zonasında yoluxmanın əsas səbəbi orada yaşayan vətəndaşlarımızın sıx şəkildə İrana səfərləri ilə bağlı olub. Sərhədlər bağlandıqdan sonra daxildə yoluxma artıb.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda cənub zonasında əks epidemik tədbirlər görülür, yoluxmanın qısa zamanda aşkar olunması və müalicəsi tətbiq edilir.

“Bundan əlavə, Gəncəyə də başqa yerlərdən, xarici ölkələrdən gələnlər çoxdur. Gəncəyə ilk yoluxma idxalla gəlib və daha sonra daxildə yoluxma başlayıb”.

Z.Əliyev bildirib ki, bu günə qədər koronavirusa yoluxan uşaqlarda ağırlaşma olmayıb. Onlar iki dəfə test nəticəsi mənfi olduqdan sonra evə buraxılıblar.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti