Vilyam Hacıyev həbs edildi - YENİLƏNİB

Vilyam Hacıyev həbs edildi -  YENİLƏNİB
  07 May 2020    Oxunub:7840
Bu gün Səbail rayon Məhkəməsində İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevlə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Azvision.az xəbər verir ki, məhkəmə vəsatəti təmin edib, Vilyam Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, V.Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli rayon İcra Hakimiyyətinin binasında keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Vilyam Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azvision.az


Teqlər: Vilyam-Hacıyev   Həbs  





Xəbər lenti