Modul tipli xəstəxana yaxın günlərdə istifadəyə veriləcək

Modul tipli xəstəxana yaxın günlərdə istifadəyə veriləcək
  06 May 2020    Oxunub:3234
Yaxın günlərdə ilk modul tipli xəstəxananın istifadəyə verilməsi gözlənilir.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari ilin iyun ayına qədər Bakı daxil olmaqla, digər regionlarda da modul tipli xəstəxanalar istifadəyə veriləcək.

“Həmin xəstəxanalar oksigenlə təmin olunacaq. Modul tipli xəstəxanalarda sırf koronaviruslu xəstələri yerləşdirə biləcəyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti