Azərbaycanda koronavirusla bağlı son vəziyyət - STATİSTİKA

  06 May 2020    Oxunub : 3134
 Azərbaycanda koronavirusla bağlı son vəziyyət - STATİSTİKA
Azərbaycanda koronavirusla bağlı 6 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 5309 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 169 790-a çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 22, süni tənəffüs cihazında olan xəstə sayı 12-dir.



Qeyd edək ki, Azərbaycanda bu günədək 2127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1536 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus