Prezidentin tapşırığı ilə səhiyyə nazirlərinin toplantısı keçiriləcək

Prezidentin tapşırığı ilə səhiyyə nazirlərinin toplantısı keçiriləcək
  07 May 2020    Oxunub:4195
Qoşulmama Hərəkatı çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə İşçi Qrup yaradılıb. İşçi Qrupun qarşısında bir neçə vəzifə var. Birinci vəzifə Qoşulmama Hərəkatına üzv ölkələrin Səhiyyə nazirlərinin toplantısının keçirilməsidir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində deyib.

Prezidentin köməkçisi bildirib ki, səhiyyə sahəsində əməkdaşlığa, müxtəlif tibbi protokol və alqoritmlərin bölüşülməsinə, təcrübə mübadiləsinə ehtiyyac var.

"Qarşıdan gələn dövr ərzində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərkib hissəsi olaraq, Dünya Səhiyyə Assambleyası baş tutacaq. Bu çərçivədə Prezident İlham Əliyevin tapşırığından irəli gələrək Azərbaycan aidiyyatı üzrə səhiyyə nazirlərinin toplantısını keçirəcək. Bu istiqamətdə real işlər gedir, Qoşulmama Hərəkatı daxilində prosedurlardan çıxış edərək, dövlətlərlə razılaşdırılır", - deyə Hikmət Hacıyev qeyd edib.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti