Neftin qiyməti ilə bağlı proqnoz dəyişdi - 38 dollar

Neftin qiyməti ilə bağlı proqnoz dəyişdi -  38 dollar
  07 May 2020    Oxunub:4305
Avropa Komissiyası neftin qiyməti ilə bağlı proqnozuna dəyişiklik edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyası bu il “Brent” markalı neftin orta qiymətinin 38,40 dollar/barel olacağını proqnozlaşdırır.

Növbəti il üçün isə “Brent” markalı neftin orta illik qiymətinə dair proqnoz 56,90 dollardan 40,2 dollara qədər endirib.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti