Koronavirusa yoluxanların sayı 3,8 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 3,8 milyonu keçdi
  07 May 2020    Oxunub:2906
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 820 min 689 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 265 min 94 nəfərdir. İndiyədək 1 milyon 303 min 97 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, COVİD-19 infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Koronavirus 210-dan çox ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti