Karantini pozan 49 min hərəkət iştirakçısı cərimələnib

 Karantini pozan 49 min hərəkət iştirakçısı cərimələnib
  07 May 2020    Oxunub:3148
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 06.05.2020-ci il saat 00:00-dan 07.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 615 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Azvision.az -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 49 001 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az


Teqlər: Sürücü   Cərimə  





Xəbər lenti