Prezidentin köməkçisi və Müdafiə naziri düşmən mövqelərinə baxdı - VİDEO+FOTOLAR
Sonra hərbi hissənin əsgər yeməkxanası, əsgər yataqxanası, silah və ideoloji otaqlar, əşya və ərzaq anbarlarına baxış keçirilib.
Döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə ediblər.
Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.
Azvision.az
Teqlər: MN Hərbi-hissə