“Fərarilik cinayətinin kökü demək olar ki, kəsilib” - Hərbi prokuror

“Fərarilik cinayətinin kökü demək olar ki, kəsilib” -  Hərbi prokuror
  07 May 2020    Oxunub:3881
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu sahəsində həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilib, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirilib.
Azvision.az xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev qələmə aldığı yeni məqaləsində bildirib.

X.Vəliyev vurğulayıb ki, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılıb, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb.

"Təsadüfi deyil ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı hesabatda Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda, ordumuz 52-ci yeri tutub. Bu isə Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu bir daha təsdiqləyib. Hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, əsgərlərin məişət işlərindən azad edilməsi, yüksək tələblərə cavab verən əsgər yataqxanalarının istifadəyə verilməsi, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, həmçinin onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli bir daha sübut edir ki, həyatını Vətəni müdafiə etmək kimi şərəfli peşəyə həsr edən hərbi qulluqçular eyni zamanda hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bütün bunların nəticəsində Silahlı Qüvvələrdə nizam-intizam daha da möhkəmlənib və son dövrlər hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, fərarilik, həmçinin hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayətlərinin kökü isə demək olar ki, kəsilib", - deyə Hərbi prokuror qeyd edib.

Azvision.az


Teqlər: Xanlar-Vəliyev  





Xəbər lenti