Amerikalılar Maduronu oğurlamaq istəyib - VİDEO

  07 May 2020    Oxunub : 2013
 Amerikalılar Maduronu oğurlamaq istəyib - VİDEO
Venesuelada saxlanılan amerikalıların məqsədi Prezident Nikolas Maduronu qaçırmaq olub.

Azvision.az xəbər verir ki, Venesuela təhlükəsizlik qüvvələri tərəfindən tutulan amerikalılardan biri Luka Alexander Denman Prezident Maduronu qaçırmaq üçün ölkəyə gəldiyini etiraf edib.
Venesuela rəhbəri bununla bağlı “Twitter”də video paylaşıb.



Denman Venesuelada həyata keçirəcəyi hərəkətlərin “SilverCorp” şirkətinin direktoru Cordan Qoudreau tərəfindən planlaşdırıldığını və Kolumbiyada bir qrup venesuelalının təlimin ardından fəaliyyət üçün ölkələrinə gedəcəklərini bildirib.

Əməliyyat müqabilində Qoudreaunun 50 mindən 100 min dollara qədər ödəyəcəyini söyləyən Denman Venesuelaya gəlmək məqsədləri haqqında videoda belə deyib:

"İordaniyadan (Qoudreau) aldığım yeganə göstəriş Maduronu təyyarəyə qədər güvənli şəkildə aparmağımız üçün hava limanına nəzarəti ələ almaq idi".

Özünü Venesuelada müvəqqəti prezident elan edən Juan Quaido ilə “SilverCorp” arasındakı razılığı göstərən Denman, videoda onun ABŞ Prezidenti Donald Tramp üçün işlədiyini, çevriliş üçün silah və avadanlıqların da “SilverCorp” tərəfindən verildiyini bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Maduro