“Virusla mübarizə təkcə bahalı dərmanlarla aparılmır” - Rəşad Mahmudov

   “Virusla mübarizə təkcə bahalı dərmanlarla aparılmır” -    Rəşad Mahmudov
  07 May 2020    Oxunub:3083
"Koronavirusa yoluxmaların artması bu günə qədər görülən işlərin nəticəsinin itməsinə səbəb ola bilər".

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. Onun sözlərinə görə, zərurət olmadığı halda ünsiyyət qurulması bizi yenidən təhlükə ilə üz-üzə qoya bilər:
"Hər bir vətəndaş fövqəlbəşər hadisə qarşısında özünün və gələcək nəsillərin davamı üçün problemin ən qısa müddətdə həll olunmasını, normal sosial həyata dönməsini, necə deyərlər, iqtisadi suverenliyini bərpa edə bilməsini, həyatı ilə əlaqədar gələcək planlar qurmağı arzu edir və bu, sosial statusundan asılı olmayaraq hər kəsin istəyidir”.

Deputat qeyd edib ki, virusla mübarizə təkcə çox bahalı dərmanlarla aparılmır: "Bu sahədə sübuta yetirilmiş ən səmərəli yol aramızda olan məsafənin qorunması, evdə oturmaq, sosial təcrid, əllərin yuyulması, hansısa əşyaya toxunandan sonra əllərin dezinfeksiyası və təmizliyi, ictimai məkanlarda maskadan istifadə etməkdir. Mən demirəm ki, bundan sonra yenidən bir ay yarım bundan əvvəlki vəziyyətə düşərək qorxu içərisində həmin həyatı yaşayaq. Bu gün dünya ekspertləri bu fikirdədir ki, biz psixoloji gərginlikdən çıxırıq, artıq yavaş-yavaş işıq ucu görünür. Lakin koronavirusla mübarizə zamanı əldə etdiyimiz sadə vərdişləri gündəlik həyatımızın bir parçasına çevirmək məcburiyyətindəyik”.

Azvision.az


Teqlər: RəşadMahmudov  





Xəbər lenti