“Dövlətə qarşı şeytanla da əlbir olmağa hazırdırlar” - Baş Nazirin müavini

   “Dövlətə qarşı şeytanla da əlbir olmağa hazırdırlar” -    Baş Nazirin müavini
  07 May 2020    Oxunub:2899
“Yeni Azərbaycan Partiyasını müxalifətlə müqayisə etmək prinsip etibari ilə doğru deyil. Onlar dövlət əleyhinə şeytanla belə əlbir olmağa hazırdırlar”.
Azvision.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov bildirib.

Ə.Əhmədov qeyd edib ki, YAP 1992-ci ildə müxalifət partiyası olaraq siyasi səhnəyə çıxıb: “Partiya yarananda qarşısına Azərbaycanın qanunlarına hörmətlə yanaşaraq, ölkədəki siyasi proseslərdə iştirak etmək niyətini qoymuşdu. Bu prinsiplərə hər zaman sədaqətlə xidmət edib. Amma müxalifət partiyaları, xüsusilə radikal mövqedə olanlar, vətəndaşların onlara inamının büsbütün itməsindən irəli gələrək öz iddialarını həyata keçirə bilməmələrinin qisasını, acığını Azərbaycan dövlətindən, vətəndaşından çıxmağa çalışırlar. Bu gün Azərbaycandan kənarda məskunlaşmış və ölkəmizə qarşı təxribat aparan insanların müxalifət adlandırılması düzgün olmazdı. Müxalifət sözü təhqir kimi qarşılanmamalıdır”.

Azvision.az


Teqlər: Əli-Əhmədov  





Xəbər lenti