Modul tipli ilk xəstəxana kompleksindən FOTOLAR

  07 May 2020    Oxunub : 2664
 Modul tipli ilk xəstəxana kompleksindən FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər.
Azvision.az-ın məlumatına görə, paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb.

Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür.

Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür.

Modul tipli ilk xəstəxana kompleksindən fotoları təqdim edirik:

























Azvision.az

Teqlər: Modul-tipli   Xəstəxana