Şagirdlərin yekun qiyməti necə hesablanacaq? - AÇIQLAMA

 Şagirdlərin yekun qiyməti necə hesablanacaq? -    AÇIQLAMA
  07 May 2020    Oxunub:4891
2019-2020-ci tədris ilinin ikinci yarım ili üzrə şagirdlər arasında qimətləndirmənin keçirilməsi nəzərdə tutulmur.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şagirdlərin birinci yarım ili üzrə qiymətləri əsas götürüləcək və onlar növbəti sininfə keçəcəklər.

"Nəticələrindən razı olmayan şagirdlər tədris öncəsi müraciət edib, nəticələrini yaxşılaşdıra bilərlər".

C.Bayramov, həmçinin bildirib ki, iyun ayında 3 mindən 6 minədək şagird arasında qiymətləndirmə aparılacaq: "Bunun keçirilməsində məqsəd tədqiqat və monitorinqi həyata keçirməkdir ki, proqram necə mənimsənilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Brifinq  





Xəbər lenti