122 minə yaxın şagird birinci sinfə gedəcək

  07 May 2020    Oxunub : 2797
 122 minə yaxın şagird birinci sinfə gedəcək
122 minə yaxın birinci sinfə qəbul olunan şagirdin elektron qeydiyyatı başa çatıb.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şagirdlərin məktəbləri və müəllimləri artıq müəyyən edilib: "Növbəti aylarda şagirdlərin elektron müraciətini gözləyirik".

C.Bayramov, həmçinin bildirib ki, 5-ci və 9-cu siniflər üzrə lisey və gimnaziyalara qəbul avqust ayında keçiriləcək.

"Respublika fənn olimpiadalarının 3-cü, final mərhələsi mart ayının sonunda keçirilməli idi. 589 müxtəlif yaş qrupu üzrə şagirdin olimpiadada iştirakı iyun ayının 1-ci dövrünə planlaşdırılır. Olimpiada müxtəlif təhsil bazasında heç bir sıxlıq olmadan keçiriləcək".

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil   Nazir   Brifinq