“İmtahanların iyunda keçirilməsi planlaşdırılır” - DİM sədri

  “İmtahanların iyunda keçirilməsi planlaşdırılır” -    DİM sədri
  07 May 2020    Oxunub:4131
XI sinif üzrə buraxılış imtahanlarının iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyən olunacaq.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, buraxılış vərəqələri imtahandan 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir:

"Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur. Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan   Brifinq  





Xəbər lenti