Dövlət qulluğuna qəbul avqustdan başlayacaq

  Dövlət qulluğuna qəbul avqustdan başlayacaq
  07 May 2020    Oxunub:3632
Dövlət qulluğu üzrə imtahanlar avqust ayından başlayaraq ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində oflayn qaydada kompüterlər vasitəsilə keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müsahibələr onlayn qaydada keçiriləcək. "Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. İlk növbədə, karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək. Sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçirilir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Dövlət-qulluğu   Qəbul  





Xəbər lenti