Dövlət bağçaları yayda açılmayacaq

   Dövlət bağçaları yayda açılmayacaq
  07 May 2020    Oxunub:4810
Dövlət bağçalarının yay aylarında açılması nəzərdə tutulmur.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iyun ayının 1-dən tədris, təlim-tərbiyə prosesinin bərpa olunması cari tədris ilinin sonuna qədər nəzərdə tutulmayıb.

"Dövlət təhsil müəssisələrində işləyən işçilər 100 faiz əmək haqlarını alıblar".

Aytən Zəhra
Azvision.az



Teqlər: Bağça  





Xəbər lenti