Məleykə Abbaszadə: “Burada nə qəbahət var?”

      Məleykə Abbaszadə:    “Burada nə qəbahət var?”
  07 May 2020    Oxunub:6234
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə biologiya fənni üzrə imtahanlara koronavirusla bağlı sualların salınması məsələsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, DİM sədri yuxarı siniflərdə hər zaman viruslarla əlaqədar dərslərin keçirildiyini qeyd edib.

"Koronavirus virusların yeni növüdür. IX sinif dərsliyində insan özünü virus xəstəliyindən necə qoruya bilər sualı var. Koronavirusdan necə qorunmaq lazımdır sualı yazılsa, burada nə qəbahət olar? Mövzular imtahana salınır, amma hansı sualların düşməsi barədə məlumatın yoxdur. Bunlar məndən asılı deyil. Amma belə mövzular var", - deyə M.Abbaszadə vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti