Ali Məhkəmədə yeni hakimlər and içdilər - FOTO
Plenumun iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Çingiz Əsgərov, Bəhram Məmmədli və Bəhman Qəribov “Məhkəmələr və hakimlər haqqında” qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər.
Plenumda Azərbaycan Respublikası Ali Məhkəməsi bülleteninin yeni redaksiya heyəti təsdiqlənib.
Azvision.az
Teqlər: Ali-Məhkəmə Hakim