İlham Əliyev: “Qəhrəmanlarımızla fəxr edirik”
Azərbaycanın müharibə vaxtı ən mühüm yanacaq təchizatçısı olduğunu xatırladan dövlətimizin başçısı deyib: “O vaxt hələ Sibirdəki yataqlar kəşf edilməmişdi. Buna görə yanacaq-sürtkü materiallarının əsas bazası Azərbaycan idi. Bu da təsadüfi deyil ki, faşist Almaniyası məhz Bakını tutmaq niyyətində idi. Bu məşhur kadrlar dəfələrlə nümayiş etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Hətta belə bir forma məxsusi olaraq Xəzər dənizinin sərhədlərini göstərirdi, Hitler də svastikanı həmin nöqtəyə qoymuşdu. Əgər bu niyyət baş tutsaydı, əlbəttə, müharibənin yekunu tamam fərqli ola bilərdi”.
Prezident qeyd edib ki, biz sovet dövləti tərəfindən layiqincə qiymətləndirilən qəhrəmanlarımızla fəxr edirik. 123 Sovet İttifaqı Qəhrəmanı bizim fəxr etdiyimiz insanlardır, indiki nəsil də, gələcək nəsillər də bu insanlarla fəxr etməlidirlər.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev