“Zirvə görüşünü həqiqətən tarixi görüş adlandırmaq olar” - Prezident

   “Zirvə görüşünü həqiqətən tarixi görüş adlandırmaq olar” -    Prezident
  08 May 2020    Oxunub:3247
Bu Zirvə görüşünü həqiqətən tarixi görüş adlandırmaq olar. Çünki əvvələn, o, yeni formatda, videokonfrans formatında keçirilirdi. İkincisi, Qoşulmama Hərəkatının Zirvə görüşləri bir qayda olaraq müəyyən dövriliklə keçirilir. Əgər bundan əvvəlki Zirvə görüşü keçən ilin oktyabrında Bakıda keçirilmişdisə, növbəti görüş 2022-ci ildə bizdən sonra sədrlik edəcək ölkədə keçirilməli idi. Buna görə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu təşəbbüsü təbii ki, vaxtında irəli sürülmüşdü.
Azvision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri TASS agentliyi direktorunun birinci müavini Mixail Qusmanın Qoşulmama Hərəkatının Zirvə görüşünün əhəmiyyəti barədə sualını cavablandırarkən səsləndirib.

Keçən ilin oktyabr ayında Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi öz üzərinə götürdüyünü dıqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, biz öz sədrliyimizi heç də formal sədrlik hesab etmirik, biz səmərəli sədr olmaq istəyirik.

“Zirvə görüşünün baş tutması onu göstərir ki, əvvələn, biz öz sözümüzə sadiqik, ikincisi, bu Zirvə görüşünün keçirilməsinə böyük ehtiyac var idi. Buna görə də çıxış edənlərin əksəriyyəti Azərbaycanın bu təşəbbüsünün vaxtında irəli sürüldüyünü və vacibliyini qeyd etdilər. Həmçinin deməliyəm ki, aparıcı beynəlxalq təşkilatların rəhbərləri – Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və Avropa Komissiyasının vitse-prezidenti Zirvə görüşünün iştirakçılarını salamladılar. Bu məqamı xüsusi vurğulamalıyam. Mən Avropa Komissiyasının və Qoşulmama Hərəkatının hansısa vahid formatda iştirak etdiyi ikinci belə hadisəni xatırlamıram. İndiki halda bu cür birgə tədbir ona görə mümkün oldu ki, Azərbaycan Avropa İttifaqı ilə çox fəal əlaqə saxlayır, Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazanıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti