TƏBİB ölkədə koronavirusla bağlı son vəziyyəti açıqladı - STATİSTİKA

  TƏBİB ölkədə koronavirusla bağlı son vəziyyəti açıqladı -    STATİSTİKA
  08 May 2020    Oxunub:4142
Azərbaycanda koronavirusla bağlı 7 may 2020-ci il tarixinə olan göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, bu gün koronavirusa görə 6120 test aparılıb. İndiyədək həyata keçirilən testlərin sayı 175 min 910-a çatıb. Hazırda reanimasiyada olan xəstə sayı 25, süni tənəffüs cihazında olan xəstə sayı 12-dir.



Qeyd edək ki, Azərbaycanda indiyədək 2204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1551 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 625 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti