Ötən il 4277 əcnəbiyə iş icazəsi verilib

   Ötən il 4277 əcnəbiyə iş icazəsi verilib
  08 May 2020    Oxunub:2018
2019-cu il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən AR ƏƏSMN-ə rəy verilməsi üçün 6941 müraciət daxil olub ki, onlardan ümumilikdə 4277 nəfər olmaqla 2122 nəfərə iş icazəsi verilməsi, 2155 nəfərin isə iş icazələrinin müddətlərinin uzadılması məqsədəuyğun hesab edilib, 2664 əcnəbiyə iş icazəsi verilməsi məqsədəuyğun hesab edilməyib.
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, müsbət rəy verilən əcnəbilərin əsasən mədənçıxarma, tikinti və emal sənayesi sahələrində işə cəlb olunması nəzərdə tutulub.

2020-ci il üçün əmək miqrasiyası kvotasının təsdiq edilməsi üçün layihə hazırlanmış və bu layihə əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 noyabr tarixli 704s nömrəli Sərəncamı ilə 2020-ci ilin əmək miqrasiyası kvotası 6740 nəfər təsdiq olunub.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti