“Bir il ərzində tibbi maskadan istifadə edilməlidir” - Ramin Bayramlı

 “Bir il ərzində tibbi maskadan istifadə edilməlidir” -  Ramin Bayramlı
  08 May 2020    Oxunub:3165
Sosial məsafə və tibbi maskadan istifadə bizim yaxın bir il ərzində gündəmimizdə olmalıdır.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, tətbiq olunan qaydalara əməl etməyən vətəndaşlarımız var.

“İnsanların qaydalara əməl etməsi vacibdir ki, lokal olaraq infeksiya ocaqlarını söndürə bilək. Beləliklə, koronavirus xəstəliyinin burada yayılmasının və buradan da digər bölgələrə yayılmasının qarşısını alaq”, - deyə TƏBİB sədri vurğulayıb.

Azvision.az



Teqlər: Koronavirus   Maska  





Xəbər lenti