30 vəzifəli şəxs barəsində iş üzrə icraat başlanılıb - RƏSMİ

   30 vəzifəli şəxs barəsində iş üzrə icraat başlanılıb -  RƏSMİ
  08 May 2020    Oxunub:2735
"ASAN Xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə 45 fakt üzrə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında bildirilib.

Hesabata əsasən, məlumatlar əsasında 30 vəzifəli şəxs barəsində iş üzrə icraata başlanılıb və müvafiq qərar qəbul edilərək icra üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin aidiyyəti İcra və Probasiya şöbələrinə göndərilib.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təsdiqedici sənədlər məhkəmə orqanlarına göndərilməklə 34 hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılıb.

Azvision.az



Teqlər: ƏƏSMN   İş  





Xəbər lenti