Nazirlikdə 21,5 milyonluq yeyinti aşkarlandı

 Nazirlikdə 21,5 milyonluq yeyinti aşkarlandı
  08 May 2020    Oxunub:2822
2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumlarda daxili nəzarət, audit tədbirləri və inventarlaşma tədbirləri həyata keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, bu tədbirlər nəticəsində 21,5 mln. manat vəsait itkisi aşkar olunub, onlardan 7,1 mln. manatı bərpa olunub, 14,4 mln. manatının tutularaq bərpa edilməsi üçün tədbirlər görülüb.

Bu hallarla bağlı 556 nəfər barəsində intizam tənbeh tədbiri görülmüş, cinayət tərkibi ehtimal olunan 28 xidməti araşdırma üzrə materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti