Parlamentdə 1 dəqiqəlik sükut - Şuşa şəhidləri anıldı

  Parlamentdə 1 dəqiqəlik sükut -  Şuşa şəhidləri anıldı
  08 May 2020    Oxunub:2902
“Bu gün qədim mədəniyyət mərkəzi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 28 il ötür”.
Azvision.az Xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker bildirib ki, 1 milyondan çox olan qaçqın və məcburi köçkünümüzün 22 mini Şuşadandır.

Daha sonra Şuşadan olan Əsra adlı gənc çıxış edib. Onun çıxışı deputatları kövrəldib. Deputatlar Şuşada şəhid olmuş, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Şuşa  





Xəbər lenti