Sarayda hərəkət məhdudlaşdırılır

Sarayda hərəkət məhdudlaşdırılır
  08 May 2020    Oxunub:1989
Bu gündən başlayaraq aparılan təmir-tikinti işləri ilə əlaqədar Abşeron rayonunun Saray qəsəbəsinin Heydər Əliyev prospektində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Qurum sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi tövsiyə edib.

Azvision.az



Teqlər: AAYDA  





Xəbər lenti