Koronavirusla bağlı cəzalar sərtləşdirilə bilər - Deputatdan təklif

 Koronavirusla bağlı cəzalar sərtləşdirilə bilər -    Deputatdan təklif
  08 May 2020    Oxunub:2905
Hər bir Azərbaycan vətəndaşı koronavirusla bağlı qoyulan qaydalara əməl etməlidir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, qaydalara riayət etməmək virusun ikinci dalğasının gəlməsinə səbəb ola bilər: “Ona görə də hər kəs öz məsuliyyətini dərk etməlidir. Cənab Prezident dünən modul tipli xəstəxananın açılışında çıxış edərkən bu məsələyə toxundu və hər kəsi qaydalara əməl etməyə çağırdı. Hər kəs bu çağırışa əməl etməlidir”.



M.Quliyev, həmçinin qaydaları pozanlara qarşı cərimələrin sərtləşdirilməsini təklif edib. O qeyd edib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələr edilə bilər:

“Biz Operativ Qərərgahla məsləhətləşərək İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə müddəalar əlavələr edək ki, cəzalar sərtləşdirilsin”.

Milli Məclisin spikeri Sahibə Qafarova isə bildirib ki, bütün deputatlar seçiciləri ilə görüş zamanı və digər yerlərdə koronavirusla bağlı mübarizə istiqamətində tövsiyələrini verməlidirlər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti