Ermənistan parlamentində kütləvi dava - VİDEO

 Ermənistan parlamentində kütləvi dava -   VİDEO
  08 May 2020    Oxunub:3647
Ermənistan parlamentində kütləvi dava olub.

Azvision.az "Lragir"ə istinadən xəbər verir ki, mübahisə "İşıqlı Ermənistan" müxalif fraksiyasının rəhbəri Edmon Marukyanla "Mənim addımım" partiyasından olan deputat Sasun Mikaelyan arasında baş verib.
Çıxış zamanı Marukyanın Mikaelyanı "əmi" adlandırması qarşı tərəfi hiddətləndirib və həmkarlar arasında əlbəyaxa davaya səbəb olub. Mikaelyan Marukyanı hədələyərək vurub. O, isə kürsüdən bildirib: "döysəniz də, döyməsəniz də mən deyəcəyəm".

Sasun Mikaelyan öz növbəsində həmkarını "boğazını kəsəcəyəm" deyə hədələyib. Marukyan isə cavabında "boğazımı kəsən hələ dünyaya gəlməyib, burada boş-boş danışma" deyib.

Parlamentin sədri Ararat Mirzoyan təhlükəsizlik xidmətinə zəng edib və iclası təxirə salıb.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   dava  





Xəbər lenti