​KİV-də dil normalarına dair yeni tələb

  08 May 2020    Oxunub : 2270
 ​KİV-də dil normalarına dair yeni tələb
Kütləvi informasiya vasitələrinin dilinə dair yeni tələb müəyyənləşib.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Qanunun 6-cı maddəsinə (Kütləvi informasiya vasitələrinin dili) təklif edilən əlavəyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.

Qeyd edək ki, indiyə qədər “Kütləvi informasiya vasitələri haqqında” qanunda sadəcə, Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələrinin dövlət dilindən istifadə etməsinə dair müddəa əksini tapmışdı.

Qanuna dəyişiklik müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: KİV